29 sentyabr, 2018 12:30
Ölkəmizin şosse velosipedi üzrə gənc qızlardan ibarət yığma komandasının üzvləri Ayan Xankişiyeva və Elfanə Camalova, həmçinin oğlanlardan ibarət U-17 millimizin üzvü Nikita Sitov məşqçi Aleksey Qorikovun rəhbərliyi altında Belçikaya yollanıb. Təmsilçilərimiz hazırlıq prosesi ilə yanaşı, bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də iştirak edir.
Belə turnirlərin birində oğlanlar arasında 64 km məsafəyə yarışda Nikita Sitov məsafəni ümumi qrupda başa vurub və fotofinişə əsasən 15-ci olub. Digər beynəlxalq turnirdə isə təmsilçimiz 57 km məsafəni 19-cu pillədə tamamlayıb.
Qızlar arasında 40 km məsafəyə yarışda Ayan Xankişiyeva 19-cu, Elfanə Camalova 22-ci yeri tutub.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu