Gənc velosipedçilərimiz İranda yarışacaq

28 fevral, 2019 15:10

Gənc velosipedçilərimiz İranda yarışacaq

Ölkəmizin şosse velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası ilin ilk beynəlxalq yarışında iştirak edəcək. Heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət komandamız İran İslam Respublikasının Kerman şəhərində keçiriləcək “Kerman Turu”nda mübarizə aparacaq.

Martın 2-də start götürəcək 4 günlük yarışda həmçinin İraq, Oman, İordaniya, Pakistan və Əfqanıstan velosipedçiləri də iştirak edəcək. Bundan başqa, ev sahibi İran “Kerman Turu”nda 4 komanda ilə təmsil olunacaq.

İştirakçılar martın 2-də keçiriləcək 1-ci mərhələdə 44 km məsafəyə komanda ötüşməsində mübarizə aparacaqlar. Növbəti 3 gün ərzində isə müvafiq olaraq 98, 58 və 114 km məsafələrə qrup ötüşməsi keçiriləcək.
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu