“Hərəkətə keç” layihəsi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalında birinci yerə layiq görülüb

04 noyabr, 2022 23:42

“Hərəkətə keç” layihəsi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalında birinci yerə layiq görülüb
“Hərəkətə keç” layihəsi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalında birinci yerə layiq görülüb
“Hərəkətə keç” layihəsi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalında birinci yerə layiq görülüb
“Hərəkətə keç” layihəsi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalında birinci yerə layiq görülüb



Noyabrın 4-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.


Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan mərasimdə dövlət rəsmiləri, MOK-un, idman federasiyalarının rəhbər şəxsləri, olimpiya çempionları, tanınmış idmançılar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə 4 nominasiya üzrə qaliblərə münsiflər heyətinin və festivalın təşkilat komitəsinin mükafatları təqdim olunub.


Münsiflər heyətinin qərarına əsasən, "Həyat naminə - İdman" nominasiyasında Azərbaycan Velosiped Federasiyasının və “Vətən” İctimai Birliyinin birgə layihəsi olan “Hərəkətə keç” proqramının “Əziz Şuşa” beynəlxalq velosiped yarışından bəhs edən buraxılışı birinci yerə layiq görülüb.


Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu, Festivalın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova və Azərbaycan idman jurnalistikasının ən tanınmış nümayəndələrindən olan İdman TV-nin baş redaktoru Aydın Əliyev “Vətən” İctimai Birliyinin rəhbəri Zəhra Quliyevaya mükafatları təqdim ediblər.


Qeyd edək ki, Festivala dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2020-2022-ci illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş çox sayda filmlər, proqramlar, reklam çarxları və musiqili kliplər təqdim olunub. 


Qaliblər “Güclü, iradəli” (idman və idmançılara həsr olunmuş sənədli və bədii filmlər), “Həyat naminə - İdman” (idman haqqında proqramlar və idman yarışlarının nümayişi), idmanı və idmançıları təbliğ edən reklam və promoçarxları, “klip” nominasiyaları üzrə müəyyənləşib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu