11 iyun, 2021 20:16
Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və bütövlükdə Azərbaycanın Olimpiya Oyunlarına yollanacaq heyət üzvlərinin COVİD-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanılıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin məlumatına görə, ilk peyvənd qurumun vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub.
Peyvəndləmə prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar və Olimpiya heyəti üzvləri cəlb olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, vaksinə əks göstərişi olmayan Azərbaycanın Tokio Olimpiya Oyunları komandasının bütün üzvləri peyvəndləməyə cəlb ediləcək. Hazırda təlim-məşq toplanışlarında olan Olimpiya komandasının digər üzvləri də mərhələli şəkildə Olimpiadaya qədər peyvənd olunacaqlar. İştirakçı ölkələrdə başlanan peyvəndlənmə prosesi Tokio Yay Olimpiya Oyunlarıının təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, Atletlər Kəndində məskunlaşacaq, Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80% Oyunlar başlayana qədər vaksinasiya olunacaq. Olimpya Oyunları 23 iyul - 8 avqust, Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu