07 oktyabr, 2019 14:53
İran İslam Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of Iran" yarışı başa çatıb. 5 mərhələdən ibarət veloturda Bəhreynin "VIB Sports" kontinental klubunun heyətində çıxış edən yığma komandamızın üzvü Elçin Əsədov ümumi təsnifatda qalibdən 1 dəqiqə, 54 saniyə geri qalmaqla 25-ci olub. Bu nəticə ölkəmizin aktivinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 3 reytinq xalı qazandırıb.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu