İsveçrə DÇ-2020-dən imtina etdi

13 avqust, 2020 15:55

İsveçrə DÇ-2020-dən imtina etdi

İsveçrə sentyabrın 20-27-də Eql-Martinyi şəhərlərində keçirilməli olan şose velosipedi üzrə dünya çempionatından imtina edib. Buna hökumətin COVİD-19 pandemiyası səbəbindən kütləvi tədbirlərin təşkilinə qoyulan qadağanı sentyabrın 30-dək uzatması səbəb olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yaydığı açıqlamada deyilir ki, artıq qurum DÇ-2020-ni qəbul etmək istəyən yeni ev sahibi axtarışlarına başlayıb. Həmin ölkə Avropanı təmsil etməli və yarışı əvvəldən nəzərdə tutulduğu kimi məhz 20-27 sentyabr tarixlərində təşkil etməlidir. UCI yeni ev sahibi ölkənin adının avqustun 31-dək açıqlanacağını bildirib.

Qeyd edək ki, dünya çempionatında müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının da iştirakı nəzərdə tutulur və bu məqsədlə velospedçilərimiz Tovuz rayonunda təlim-məşq toplanışına başlayıblar.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu