04 sentyabr, 2022 20:53
Məlum olduğu kimi, gənc oğlanlardan ibarət Azərbaycan yığma komandasının üzvü Kamran Mirzəxanov qarşıdan gələn dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Belçikanın “Cannibal Team” velosiped klubunun tərkibində 40 günlük təlim-məşq toplanışındadır.
Velosipedçimiz hazırlıq prosesi çərçivəsində daha bir yarışda iştirak edib. K.Mirzəxanov Belçikada 19 yaşadək idmançılar arasında keçirilən birgünlük “Booischot” yarışında mübarizə aparıb.
“Cannibal Team” klubundan yalnız milli komandamızın üzvünün qatıldığı mübarizədə 32 velosipedçi birincilik uğrunda yarışıb. İdmançılar 78 km məsafə qət ediblər. K.Mirzəxanov 2 saat 1 dəqiqə 48 saniyə nəticə ilə finiş xəttini 10-cu keçib.
Qeyd edək ki, yığma komandamızın üzvü təlim-məşq toplanışı müddətində bir çox yarışlarda uğurla iştirak edib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu