Kamran Mirzəxanov dünya çempionatında mübarizəyə başlayıb

20 sentyabr, 2022 15:17

Sentyabrın 20-də gənc oğlanlardan ibarət Azərbaycan yığma komandasının üzvü Kamran Mirzəxanov Avstraliya İttifaqında keçirilən şose velosipedi üzrə dünya çempionatında mübarizəyə başlayıb. Velosipedçimiz Vollonqonq şəhərində baş tutan çempionatın ilk mərhələsində gənclər arasında fərdi ötüşmə növü üzrə yarışda iştirak edib. 

52 velosipedçinin qatıldığı bu mərhələdə idmançılar 28.8 km məsafə qət ediblər. K.Mirzəxanov 40 dəqiqə 3 saniyə nəticə ilə 46-cı yerdə qərarlaşıb.

Bu mərhələnin qalibi isə 34 dəqiqə 59 saniyə nəticə ilə Böyük Britaniya velosipedçisi Tarling Joshua olub.

Qeyd edək ki, K.Mirzəxanov sentyabrın 23-də dünya çempionatının ikinci mərhələsində iştirak edəcək. İdmançımız bu mərhələdə qrup ötüşməsi növü üzrə yarışda mübarizə aparacaq.

Xatırladaq ki, milli komandamızın üzvü dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Belçikanın “Cannibal Team” velosiped klubunun tərkibində 40 günlük təlim-məşq toplanışı keçib, bu komandanın heyətində bir çox yerli və beynəlxalq yarışlarda uğurla iştirak edib. 18 yaşlı velosipedçimiz dünya çempionatına birbaşa Belçikadan yollanıb.

İdmançımıza dəstək olmaq və bir sıra tədbirlərdə iştirak etmək üçün Azərbaycan Velosiped Federasiyasının nümayəndə heyəti də Avstraliya İttifaqındadır.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu