Kriterium üzrə Azərbaycan Kubokuna yekun vurulub

08 sentyabr, 2023 15:48

Sentyabrın 8-də şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kubokuna yekun vurulub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın Lənkəran şəhərində baş tutan II mərhələsinin sonuncu günündə 2009 (14 nəfər) və 2006-2008-ci il təvəllüdlü oğlanlar (19 nəfər) güclərini sınayıblar.

Kriterium növünün qaydalarına əsasən velosipedçilər dairəvi hərəkət ediblər. Onlar Şəhidlər Xiyabanının qarşısından start götürərək, Səttərxan, Hacı Zeynalabdin Tağıyev və Zərifə Əliyeva küçələrindən keçməklə 10 dairə (5 ara finiş) vurublar. İdmançılar ümumilikdə 30 km məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın nəticələrinə görə, 2009-cu il təvəllüdlü oğlanlar arasında Nihad Xudoyev (ROEQİUGVM, 28 xal) birinci, Çingiz İsayev (ROEQİUGVM,17 xal) ikinci, Asiman Qasımov (ROEQİUGVM, 13 xal) üçüncü yerdə qərarlaşıblar.

2006-2008-də il təvəllüdlü oğlanların mübarizəsində isə Tural İsrafilov (ROEQİUGVM, 30 xal) birinci, Ravi Rzayev (ROEQİUGVM, 18 xal) ikinci, İsgəndər İsgəndərov (Təhsil RİM, 8 xal) üçüncü yerə layiq görülüblər.

Bu yarışdan sonra iki mərhələnin nəticələrinin cəminə görə Azərbaycan Kubokunun qalibləri də müəyyənləşib. 

Belə ki, 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Timur Rəcəbov (ROEQİUGVM, 23 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən yaxın izləyicisi Ələsgər Bürcəlizadə (ROEQİUGVM, 16 xal) ikinci, Nizam Cavadlı (Təhsil RİM, 12 xal) üçüncü yerlə kifayətləniblər.

2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Nihad Xudoyev (ROEQİUGVM, 33 xal) qızıl, Çingiz İsayev (ROEQİUGVM, 31 xal) gümüş, Asiman Qasımov (ROEQİUGVM, 16 xal) bürünc medal qazanıblar.

2006-2008-ci il təvəllüdlü oğlanların yarışında isə Tural İsrafilov (ROEQİUGVM, 33 xal) hamıdan çox xal toplayaraq Azərbaycan Kubokunun qalibi olub. Artyom Proskuryakov (Təhsil RİM, 22 xal) ikinci, Ravi Rzayev (ROEQİUGVM, 18 xal) üçüncü yerə layiq görülüblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu