12 noyabr, 2019 18:27
Hirkan Milli Qoruğunda 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya günü münasibətilə “Velosiped sürək, ətraf mühiti qoruyaq” devizi altında veloyürüş keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yürüşdə 300-dən çox yeniyetmə və gənc iştirak edib.
Start nöqtəsi Hirkan Milli parkının qarşısında olan veloyürüş Xanbulan gölü ətrafında başa çatıb. Tədbirin təşkilində əsas məqsəd Dövlət Bayrağı Gününü və Konstitusiya gününü qeyd etməklə yanaşı, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili və velosiped idmanına marağın artırılmasıdır.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu