Lukas Oqonovski: “Ölkənizdə belə qonaqpərvərliyi gözləmirdim”

01 mart, 2019 14:09

Dünya turuna çıxan polşalı veloturist Lukas Oqonovski Azərbaycan Velosiped İdmanı Federasiyasının qonağı olub. Peşəsi ingilis dili müəllimi olan 38 yaşlı qonaq bu vaxta qədər dünyanın 56 ölkəsində olub və 53 min km məsafə qət edib.

Yeniyetmə və gənc velosipedçilərlə, həmçinin məşqçilərlə görüş zamanı polşalı turist ölkəmizdə ilk dəfə olduğunu deyib: “Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi oldum. Adətən gecəni yollarda öz çadırımda keçirirəm. Sərhədi keçdikdən sonra Böyükkəsik kəndində sakinlər məni evə dəvət etdilər, gecəni çadırda keçirməyə qoymadılar. Doğrusu belə münasibəti, qonaqpərvərliyi gözləmirdim. Ölkənizin təbiəti də çox xoşuma gəldi. İstəyirəm ki, sizin dili, mədəniyyətinizi öyrənim”.

Azərbaycana səfərini başa vurduqdan sonar dəniz vasitəsilə Qazaxıstana keçməyi planlaşdıran Lukas Oqonovski Asiya ölkələrinə, hətta Filippinə qədər getməyi düşünür. Görüşün sonunda polşalı qonaq velosipedçilərin suallarını cavablandırıb.
 
Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu