MAKA-nın gənc əməkdaşları üçün Respublika Velotrekinə infotur təşkil olunub

22 fevral, 2023 17:10

Fevralın 22-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı, Binəqədi Gənclər Evinin dəstəyi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) gənc əməkdaşları üçün Respublika Velotrekinə infotur keçirilib.

24 gəncin qatıldığı tur zamanı iştirakçılar yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı və velosipedə aid muzeydə olublar.

Respublika Velotrekinin direktoru Tamerlan Salahov və AVF-nin üzvü Səhər Mehman gəncləri idman qurğusu ilə yaxından tanış edib, onlara velosiped idman növü, təhlükəsizlik qaydaları, AVF-nin fəaliyyəti və velosiped məktəbləri haqda məlumatlar veriblər.

Sonda infotur iştirakçıları mütəxəssislərin nəzarətində velosiped sürüblər.

Qeyd edək ki, Respublika Velotrekinə müxtəlif gənclər təşkilatlarının üzvləri üçün davamlı olaraq infoturlar təşkil olunur.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu