Malayziyada uğurlu start: Elçin Əsədov 1-ci mərhələnin qalibidir

15 oktyabr, 2019 16:10

Bu gün Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Peninsular” yarışı start götürüb. 20 komandanın tərkibində 115 velosipedçinin iştirak etdiyi veloturun 1-ci mərhələsi Azərbaycan yığma komandası üçün uğurlu nəticə ilə yadda qalıb.

Malayziyaya baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə yollanan yığmamızın əla komanda işinin nəticəsi olaraq 196 km-lik ilk yarış günündə Elçin Əsədov məsafəni 3 saat, 57 dəqiqə, 26 saniyəyə başa vurmaqla finiş xəttini 1-ci keçib. Bu nəticə ilə velosipedçimiz ümumi təsnifatın birincisi kimi lider üçün nəzərdə tutulan sarı köynəyi də ələ keçirib. Bundan başqa, mərhələ qalibiyyəti yığmamızın aktivinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 14 lisenziya xalı qazandırıb.

1-ci mərhələni ilk onluqda bitirənlər arasında yığmamızın digər üzvü Samir Cəbrayılov da var – o fotofinişə əsasən 7-ci yeri tutub. Sabah keçiriləcək 2-ci yarış günündə iştirakçılar 198 km məsafə qət edəcəklər. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu