Mədət Quliyev Türkiyənin Sakarya İdman Klubunun rəhbəri ilə görüşüb

21 oktyabr, 2022 19:13

Mədət Quliyev Türkiyənin Sakarya İdman Klubunun rəhbəri ilə görüşüb
Mədət Quliyev Türkiyənin Sakarya İdman Klubunun rəhbəri ilə görüşüb
Mədət Quliyev Türkiyənin Sakarya İdman Klubunun rəhbəri ilə görüşüb
Mədət Quliyev Türkiyənin Sakarya İdman Klubunun rəhbəri ilə görüşüb
Mədət Quliyev Türkiyənin Sakarya İdman Klubunun rəhbəri ilə görüşüb
Mədət Quliyev Türkiyənin Sakarya İdman Klubunun rəhbəri ilə görüşüb

Oktyabrın 21-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev Türkiyənin Sakarya Böyükşəhər Bələdiyyəsi İdman Klubunun rəhbəri Cevat Ekşi və “Sakarya BB Pro Team” velosiped klubunun meneceri və yarış direktoru Aziz Sırnaçla görüşüb. 


Qonaqları salamlayan AVF prezidenti onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. 


Cevat Ekşi və Aziz Sırnaç Sakarya Böyükşəhər Bələdiyyəsi İdman Klubunun fəaliyyəti haqqında ətraflı məlumat veriblər. 


Görüş zamanı iki qurum arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Yaxın zamanlarda əməkdaşlığın prinsiplərini özündə əks etdirən müqavilənin hazırlanması haqqında razılığa gəlinib. 


M.Quliyev Cevat Ekşi və Aziz Sırnaçı “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.


Qonaqlar səmimi görüşə və onlara göstərilən etimada görə AVF prezidentinə minnətdarlıqlarını ifadə ediblər.


Sonda xatirə şəkli çəkdirilib.


Qeyd edək ki, görüşdə AVF-nin Baş katibi Elnarə Musayeva və “Sakarya BB Pro Team” klubunun təkibində çıxış edən Azərbaycanın Elit yığma komandasının kapitanı Elçin Əsədov da iştirak edib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu