Mərhələdə 10-cu, yekunda 15-ci yer

19 mart, 2022 15:02

Mərhələdə 10-cu, yekunda 15-ci yer
Mərhələdə 10-cu, yekunda 15-ci yer

Türkiyədə gənclər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Velo Alanya Junior” yarışına yekun vurulub.  9 ölkədən 17 komandanın tərkibində 83 velosipedçinin mübarizə apardığı 2 günlük turnirdə Azərbaycanın idman şərəfini gənclər yığmamızın üzvü Kamran Mirzəxanov qoruyub.

 

İlk yarış günündə iştirakçılar 6,3 km məsafəyə fərdi ötüşmədə bacarıqlarını nümayiş etdiriblər. Bu növdə 20-ci olan Kamran 101 km-lik qrup ötüşməsində daha yaxşı çıxış edib – o finiş xəttini 10-cu keçməklə ümumi təsnifatda 15-ci nəticə göstərib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu