27 yanvar, 2018 15:36
Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə 1-ci dərəcəli texniki kurslarda iştirak etmiş və imtahandan uğurla keçmiş məşqçilərə müvafiq sertifikatlar təqdim edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən bir həftəlik kurslar Respublika Velotrekində təşkil olunub.
Layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Velosipedçilər İttifaqının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Jan Jak Anri tərəfindən keçirilib. Layihədə ümumilikdə 20 məşqçi iştirak edib və kursların yekunu olaraq iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub. Onların arasında “Olimpiya Hərəkatı-2017” layihəsinin məşqçiləri də var.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu