Milli komandamız "Tour of Bostonliq II" yarışını uğurla başa vurub

14 may, 2023 18:36

Milli komandamız "Tour of Bostonliq II" yarışını uğurla başa vurub

Mayın 14-də Özbəkistanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "Tour of Bostonliq II" yarışı keçirilib. 


Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandasının da mübarizə apardığı beynəlxalq turnirdə idmançılar şose velosipedinin qrup ötüşməsi üzrə güclərini sınayıblar.


Yeddi ölkədən 11 komandanın tərkibində 54 idmançının iştirak etdiyi yarışda velosipedçilər 130 km məsafə qət ediblər.


Milli komandamızın üzvlərindən Musa Mikayılzadə 3 saat 36 dəqiqə 16 saniyə nəticə ilə 13-cü yerə layiq görülüb.


Digər idmançılarımızdan Kamran Mirzəxanov (03:41:18.35) 29-cu, Nəcəf Bağırov (03:41:57.75) 32-ci, Şahin Eyvazov (03:43:35.18) 37-ci, Mikayıl Səfərli (03:48:48.79) 45-ci, Samir Cəbrayılov (03:49:39.31) 47-ci, Yusif İsmayılov (03:50:20.83) 49-cu, Aqşin Bağırlı (03:50:20.98) isə 50-ci yerdə qərarlaşıblar.


Yarışın qalibi 3 saat 34 dəqiqə 21 saniyə nəticə ilə Qazaxıstan milli komandasının üzvü İlkhan Dostiyev olub.


Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycan, Qazaxıstan, Küveyt, Yunanıstan, Filippin, Tayland və Özbəkistanı təmsil edən komandalar iştirak ediblər.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu