Milli komandamız “Tour of Sharjah” yarışında əsl mübarizlik nümayiş etdirir

30 yanvar, 2023 19:54

Milli komandamız “Tour of Sharjah” yarışında əsl mübarizlik nümayiş etdirir

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışı davam edir. Yanvarın 30-da veloturun 4-cü mərhələsi baş tutub.


“Kalba Flag Island”dan start götürən idmançılar dağ yolları ilə 110.24 km məsafə qət edərək “Khorfakkan Al Suhub Mountain” ərazisində finişə çatıblar.


Yarışda iştirak edən Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandasının üzvü Elgün Əlizadə digər komandaların velosipedçilərinin səhvindən baş verən qəzada yıxılaraq zədələnsə də, əsl mübarizlik nümayiş etdirib. Dizindən, çiynindən və üzündən xəsarət alan idmançımız həkimlərin dərhal müdaxiləsindən sonra əzmkarlıq göstərərək, yarışa davam edib və qarşıdakı qrupa çatıb. E.Əlizadə marşrutu uğurla başa vuraraq, mərhələni 61-ci yerdə bitirib (02h42'45'').


Yığma komandamızın üzvlərindən ən yaxşı göstəriciyə Musa Mikayılzadə imza atıb. O, 2 saat 38 dəqiqə 19 saniyə nəticə ilə 18-ci pillədə yer alıb.

Elçin Əsədov 49-cu (02h41'45''), Şahin Eyvazov 98-ci (02h48'58''), Nəcəf Bağırov isə 111-ci (02h51'46'') sırada qərarlaşıblar.


Taylandın “Roojai Cycling Team” klubunun niderlandlı idmançısı Van Engelen Adne (02h36'22'') mərhələnin qalibi olub.


Dördüncü mərhələdən sonra M.Mikayılzadə ümumi təsnifatda 15-ci sıraya yüksəlib (08h24'58''). O, yarışın liderindən 2 dəqiqə 9 saniyə geri qalır.


Qeyd edək ki, 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçinin mübarizə apardığı veloturun sonuncu - 5-ci mərhələsi yanvarın 31-də baş tutacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu