08 sentyabr, 2019 15:30
Türkiyənin Kayseri şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Mərkəzi Anadolu Turu keçirilib. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən 2 günlük yarışda milli komandamız da çıxış edib.
131 km-dən ibarət 1-ci mərhələdə komanda üzvlərimizdən Samir Cəbrayılov və Elçin Əsədov liderdən 46 saniyə geri qalmaqla müvafiq olaraq 9-cu və 10-cu olublar. 147 km-lik 2-ci yarış günündə isə finişi eyni vaxtda keçən 13 nəfərlik qrupun içərisində velosipedçilərimiz də yer alıb ki, fotofinişə əsasən Elçin 5-ci, Samir 13-cü nəticə göstərib.
2 mərhələnin yekununa əsasən ümumi təsnifatda Elçin Əsədov 7-ci, Samir Cəbrayılov isə 9-cu yeri tutub və bununla da Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 8 xal (5+3) əldə edilib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu