Millimiz “Tour of Sharjah” yarışında əzmlə mübarizə aparır

29 yanvar, 2023 20:52

Millimiz “Tour of Sharjah” yarışında əzmlə mübarizə aparır
Millimiz “Tour of Sharjah” yarışında əzmlə mübarizə aparır
Millimiz “Tour of Sharjah” yarışında əzmlə mübarizə aparır
Millimiz “Tour of Sharjah” yarışında əzmlə mübarizə aparır
Millimiz “Tour of Sharjah” yarışında əzmlə mübarizə aparır

Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışında mübarizəni davam etdirir. Yanvarın 29-da milli komandamız veloturun üçüncü mərhələsində iştirak edib. 


Velosipedçilər 117.13 km məsafəyə qrup ötüşməsində güclərini sınayıblar. “Dibba Flag Island”dan start götürən idmançılar “Wadi Al Helo Ladies Club” ərazisində finiş xəttini keçiblər. Yarış iştirakçıları marşrutun böyük hissəsini dağlıq yollarla hərəkət ediblər.


Artıq 3-cü gündür ki, milli komandamızın bütün üzvləri beynəlxalq yarışda uğurlu çıxışlarını davam etdirirlər. Bu mərhələdə də idmançılarımız xarakter göstərərək, yarışın sonuna qədər əzmlə mübarizə aparıblar. Onlar bir neçə dəfə pelotondan ayrılaraq önə çıxmağı bacarıblar.


Milli komandamızın üzvlərindən ən yaxşı nəticəni Musa Mikayılzadə göstərib. O, 2 saat 44 dəqiqə 56 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. Elçin Əsədov 47-ci (02h45'33''), Şahin Eyvazov 52-ci (02h46'40''), Elgün Əlizadə 59-cu (02h46'43''), Nəcəf Bağırov 85-ci (02h48'51''), Əli Qurbanov isə 91-ci (02h48'58'') yerlə kifayətləniblər.


Qazaxıstanın “Almaty Astana Motors” kontinental komandasının idmançısı Remkhı Rudolf  (02h44'39'') mərhələnin qalibi olub.


Qeyd edək ki, 5 mərhələli yarışda 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçi mübarizə aparır. Velotura yanvarın 31-də yekun vurulacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu