28 yanvar, 2023 19:53
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) şose velosipedi üzrə 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışının ikinci mərhələsi başa çatıb. Yanvarın 28-də idmançılar 130,7 km məsafəyə qrup ötüşməsi növündə mübarizə aparıblar. “Sharjah University” ərazisindən start götürən velosipedçilər “Al Badayer Oasis”də finişə çatıblar.
Yarışda 6 idmançı ilə təmsil olunan Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandasının bütün üzvləri əzmlə mübarizə apararaq, finiş xəttini lider qrupun tərkibində keçiblər. Hakimlər nəticələri fotofinişə əsasən müəyyənləşdiriblər.
Bu mərhələni milli komandamızın üzvlərindən Musa Mikayılzadə 16-cı (02h49'55''), Elçin Əsədov 17-ci (02h49'55''), Nəcəf Bağırov 20-ci (02h49'55''), Elgün Əlizadə 33-cü (02h49'55''), Şahin Eyvazov 79-cu (02h49'55''), Əli Qurbanov isə 86-cı (02h49'55') yerdə başa vurublar.
BƏƏ-nin “Dubai Police” klubunun əlcəzairli idmançısı Hamza Yacine (02h49'55'') birinci yerə layiq görülüb.
Gənc velosipedçilər arasında isə milli komandamızın üzvü Nəcəf Bağırov 4-cü pillədə yer alıb (02h49'55'').
İki mərhələnin ümumi nəticəsinə əsasən milli yığma komandamızın kapitanı Elçin Əsədov 10-cu yerdə qərarlaşıb (03h01'32''). O, yarışın liderindən 18 saniyə geri qalır.
Qeyd edək ki, 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarışa yanvarın 31-də yekun vurulacaq.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu