Millimizin üzvü Özbəkistanda keçirilən beynəlxalq yarışda 9-cu oldu

11 may, 2023 20:36

Millimizin üzvü Özbəkistanda keçirilən beynəlxalq yarışda 9-cu oldu
Millimizin üzvü Özbəkistanda keçirilən beynəlxalq yarışda 9-cu oldu

Özbəkistanda keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) şose velosipedi üzrə 1.2 kateqoriyalı “The Tour Oqtosh - Chorvoq - Mountain” yarışı başa çatıb. Mayın 11-də idmançılar 173 km məsafəyə qrup ötüşməsində mübarizə aparıblar.


Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandasının iştirak etdiyi yarışa 6 ölkəni təmsil edən 10 komandanın tərkibində ümumilikdə 57 velosipedçi qatılıb.


Milli komandamızın üzvlərindən Kamran Mirzəxanov, Nəcəf Bağırov, Musa Mikayılzadə və Şahin Eyvazov əzmkarlıq göstərərək finiş xəttini ümumi pelotonun tərkibində keçiblər. 


Fotofinişə əsasən, Kamran Mirzəxanov (03:45:01) 9-cu, Nəcəf Bağırov (03:45:01) 12-ci, Musa Mikayılzadə (03:45:01) 17-ci, Şahin Eyvazov (03:45:01) 23-cü yerə layiq görülüblər. K.Mirzəxanov bu nəticə ilə özünün və Azərbaycanın hesabına 3 UCI reytinq xalı qazandırıb.


Digər idmançılarımızdan Samir Cəbrayılov (03:49:43) 38-ci, Yusif İsmayılov (03:49:43) isə 39-cu yerlə kifayətləniblər. Mikayıl Səfərli və Aqşin Bağırlı yarışı başa vura bilməyiblər.


Qrup ötüşməsinin qalibi 3 saat 44 dəqiqə 10 saniyə nəticə ilə Yunanıstan milli komandasının üzvü İlias Periklis olub.


Qeyd edək ki, yarışda Azərbaycan, Qazaxıstan, Yunanıstan, Filippin, Tayland və Özbəkistanı (5 komanda) təmsil edən komandalar iştirak ediblər.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu