Niderlandlı velosipedçi: "İkinci mərhələnin qalibi olduğum üçün çox xoşbəxtəm"

08 iyun, 2023 19:19

Niderlandlı velosipedçi: "İkinci mərhələnin qalibi olduğum üçün çox xoşbəxtəm"

"Bu gün gözəl yarışın şahidi olduq. Velosipedçilər əzmkarlıq nümayiş etdirdilər. On üç velosipedçidən ibarət qrup digər idmançıları təxminən 4 dəqiqə qabaqladı. Bolqarıstanlı Martin Papanov uğurlu çıxış edərək sarı köynəyi özündə saxlaya bildi". 


Bu sözləri iyunun 8-də keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinin yekunları ilə bağlı mətbuat konfransında turnirin direktoru Roland Hofer deyib.


Mərhələnin qalibi niderlandlı Luk Şurmans isə ötmələrin bütün yarış boyu davam etdiyini bildirərək qeyd edib ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda 13 velosipedçidən ibarət lider qrup formalaşıb:  "O qrupda yer almaq mənim üçün önəmli idi. İkinci mərhələnin qalibi olduğum üçün çox xoşbəxtəm".


İki mərhələnin yekununa görə, birinci olan bolqarıstanlı Martin Papanov sarı köynəyi yenidən özündə saxlaya bildiyi üçün sevincli olduğunu bildirib. Velosipedçi deyib:“Komandamızın heyəti geniş olmadığı üçün digər komandaların gücündən istifadə edərək yarışı sona çatdırdım. Bu mərhələ mənim üçün bərpaedici oldu. Son iki mərhələ həlledicidir. Bu səbəbdən ikinci mərhələdə sürətli getmirdim. Gücümü digər mərhələlərə saxlamışam".


Qeyd edək ki, velosipedçilər iyunun 9-da Qəbələdən Gəncənin mərkəzinədək 170 kilometr məsafə qət edəcəklər.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu