16 iyul, 2019 16:02
İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək oğlan və qızlardan ibarət yığma komandalarımızın heyəti məlum olub. Mötəbər yarışda 3 qız və 3 oğlan velosipedçimiz yarışacaq. Seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötüşməsinin (ilk 3 yer), həmçinin EYOF-a hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışı və bir sıra yoxlama yarışlarının nəticələri əsas götürülüb.
Qızlar
Lalə Əbdürəhmanova (7 saylı Olimpiya Məktəbi)
Gülşən İsmayılova (7 saylı Olimpiya Məktəbi)
Məleykə İsgəndərova (Respublika Olimpiya Velosiped Məktəbi)
Oğlanlar
Nikita Sıtov (Respublika Olimpiya Velosiped Məktəbi)
Mustafa Muxtarlı (7 saylı Olimpiya Məktəbi)
Nofəl Nuriyev (“Neftçi” İdman Klubu İctimai Birliyi)
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu