14 sentyabr, 2018 18:20
Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın üzvü mübarizə aparıb.
Elit kateqoriyada sprint və keyrin növləri üzrə mübarizə yığma komandamızın lider idmançısı Sergey Omelçenkonun qələbəsilə yekunlaşıb. Respublika Olimpiya Ehtiyatları Uşaq, Gənclər Velosiped İdmanı Məktəbinin üzvü Nəcəf Bağırov gənclər arasında həm 1 km fərdi ötüşmə, həm də 3 km məsafəyə fərdi izləmə yarışında bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Nikita Sitov eyni növlərdə 17 yaşadək velosipedçilər arasında 1-ci olub. Bu məktəbin digər yetirmələri Elfanə Camalova 17 yaşadək qızlar arasında 2 km məsafəyə fərdi izləmə, Ayan Xankişiyeva isə 1 km-ə fərdi ötüşmə və 3 km-ə fərdi izləmə yarışında 1-ci yeri tutub.
7 saylı Olimpiya Uşaq, Gənclər İdman məktəbinin təmsilçisi Mustafa Muxtarlı 15 yaşadək oğlanlar arasında 1 km məsafəyə fərdi ötüşmə və 2 km məsafəyə fərdi izləmə yarışında qızıl medala layiq görülüb. Bu məktəbin digər yetirmələri Gülşən İsmayılova 15 yaşadək qızların mübarizəsində həm 660 km məsafəyə fərdi ötüşmə, həm də 1 km məsafəyə fərdi izləmə yarışında, Viktoriya Sidirenko isə 17 yaşadək qızlar arasında 660 km məsafəyə fərdi ötüşmə yarışında fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndərilib və idmançıların reytinq sıralanmasında öz əksini tapacaq.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu