06 may, 2023 22:06
Mayın 4-6-da trek velosipedinin omnium növü üzrə Bakı kuboku yarışı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində baş tutan yarışda Elit/U23 yaş kateqoriyasında kişilər, gənc və yeniyetmə oğlanlar, həmçinin qadınlar iştirak ediblər.
Ümumilikdə 37 velosipedçi ilk yarış günündə skreç və tempo növləri, ikinci yarış günündə isə çıxmaqla və xallar üzrə qrup ötüşmələrində mübarizə aparıblar.
Omnium yarışının qaydalarına görə, nəticələr bütün növlər üzrə xalların cəminə əsasən müəyyənləşdirilib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Yusif İsmayılov (ROEQİUGVM, 55 xal) bütün rəqiblərindən üstün olaraq birinci, Ömər Musayev (ROEQİUGVM, 54 xal) ikinci, Baratəli Səlimzadə (ROEQİUGVM, 53 xal) üçüncü yerə layiq görülüblər.
Yeniyetmə oğlanların mübarizəsində isə Ravi Rzayev (ROEQİUGVM, 113 xal) hamıdan çox xal toplayaraq qızıl, Rəvan Tahirov (ROEQİUGVM, 76 xal) gümüş, Maksim Trendelyov (Təhsil RİM, 43 xal) bürünc medal qazanıb.
Qadınların yarışında Viktoriya Sidorenko (ROEQİUGVM, 81 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radha Şabanova (ROEQİUGVM, 66 xal) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 44 xal) üçüncü yerlə kifayətləniblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu