27 iyun, 2023 17:24
Polşadan start götürərək motoyürüşə başlayan 24 motosikletçi iyunun 27-də Azərbaycana gəliblər.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Motosiklet İdman Klubu, "Busamania" və "Motozone" Motoklublarının üzvləri qonaqları qarşılayaraq Bakıda onlarla birlikdə yürüşə qatılıblar.
Motosikletçilər Bibiheybət qəsəbəsi ərazisindən başlayaraq şəhərin mərkəzi ilə hərəkət edib, daha sonra Fatmayı qəsəbəsinə doğru irəliləyiblər. Onlar burada Bakıdakı yürüşü başa vurublar.
Olduqları bütün ölkələrdə motoyürüşlər keçirən polşalı motosikletçilər bildiriblər ki, onlar Polşadan başlayaraq hava yolu ilə Özbəkistana, oradan Qazaxıstana və dəniz yolu ilə Azərbaycana daxil olublar.
Onlar buradan Gürcüstana gedəcək, daha sonra Türkiyə, Yunanıstan və Albaniyada olacaqlar. Motosikletçilər yürüşü İtaliyada başa vuracaqlar.
Qonaqlarla müxtəlif mövzularda fikir mübadiləsi aparılıb, MSN-in Motosiklet İdman Klubu ilə əməkdaşlıq edən "Garage 011" texniki servis xidməti tərəfindən onların motosikletlərinə texniki dəstək göstərilib.
Motoyürüşçülərə Bakıda qalmaq, buranın gəzməli-görməli yerlərində olmaq üçün bütün lazımi şərait yaradılıb və ekskursiya təşkil edilib.
Polşalı motosikletçilər Azərbaycanda qonaqpərvərliklə qarşılandıqlarını, burada olmaqdan məmnunluqlarını bildiriblər.
Qeyd edək ki, motoyürüşçülər Azərbaycandan Gürcüstana iyunun 28-də keçəcəklər.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu