06 iyun, 2018 04:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyeni qəbul edib.
AZƏRTAC xəbər verir ki, David Lappartyen velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlməsindən məmnunluğunu ifadə etdi. O, bu tədbirin mühüm beynəlxalq idman yarışı olduğunu vurğulayaraq 43 ölkədən 1500-dən artıq idmançının iştirak etdiyini bildirdi. Azərbaycanda beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini deyən David Lappartyen Bakıda birinci Avropa Oyunlarının açılışının gözəl təşkil olunduğunu və orada iştirakını məmnunluqla xatırladı.
Dövlətimizin başçısı Bakıda keçirilən velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının önəminə toxunaraq Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyenə Azərbaycanda velosiped idman növünün inkişafına verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasına və ümumilikdə idmanın inkişafına təkan verir.
Söhbət zamanı Azərbaycanda idmanın sürətli inkişafı, ölkəmizdə müxtəlif idman növləri üzrə ən müasir infrastrukturun yaradıldığı məmnunluqla qeyd olundu, Azərbaycanda keçirilən mühüm idman tədbirlərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi vurğulandı.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu