Respublika Velotrekində ictimaiyyətə açıq yoqa dərsi keçiriləcək

30 may, 2023 14:28

Respublika Velotrekində ictimaiyyətə açıq yoqa dərsi keçiriləcək

Beynəlxalq Yoqa Günü ilə bağlı təşkil edilən silsilə tədbirlər çərçivəsində iyunun 2-də Respublika Velotrekində ictimaiyyətə açıq yoqa dərsi keçiriləcək.


Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Klassik Yoqa Məktəbi və Azərbaycan Velosiped Federasiyasının (AVF) dəstəyi ilə baş tutacaq kütləvi idman tədbiri saat 08:00-da başlayacaq.


Açıq dərsə Klassik Yoqa Məktəbinin müəllimi, tanınmış yoqa mütəxəssisi Elçin Quliyev rəhbərlik edəcək.


Dərsdən sonra bədii hissə başlayacaq və qonaqlara vegetarian yeməkləri təqdim ediləcək.


Qeyd edək ki, BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib.


Bütün yoqa həvəskarlarını açıq dərsdə iştirak etməyə dəvət edirik.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu