13 mart, 2019 18:12
İtaliyanın paytaxtı Romada Avropa Velosipedçilər Birliyinin (UEC) sayca 32-ci Konqresi keçirilib. Bu dəfəki Konqresin əsas səciyyəvi cəhəti onun ilk dəfə olaraq Afrika Velosipedçilər Konfederasiyası ilə birgə təşkil edilməsi olub.
Tədbirdən bir gün öncə Konqres iştirakçılarının bir qrupu Vatikanda Roma Papası Fransisklə görüşüb. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartyen öz çıxışında qəbul üçün Papaya təşəkkürünü bildirib. Öz növbəsində Vatikan rəhbəri Konqres iştirakçıları ilə görüşündən məmnun olduğunu deyərək velosiped idmanının inkişafı üçün xeyir-dua verib.
Sayca 32-ci Konqresdə Avropanın ali velosiped qurumuna üzv olan 43 ölkənin, həmçinin Afrika Velosipedçilər Konfederasiyasının 30 milli federasiyasının nümayəndələri iştirak edib. Müzakirə olunan əsas məsələlər içərisində Avropa Velosipedçilər Birliyinin 2021-ci il prezident seçkilərindən sonra Nizamnaməsinə müəyyən dəyişikliklər edilməsi ilə bağlı olub. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının tövsiyyəsi əsasında UEC-nin Rəhbər Komitəsinin 7 üzvünün ən azı ikisinin qadın olması qərara alınıb. Bundan başqa, UCI Konqreslərində Avropa adından səsvermə hüququna malik 15 üzvdən də minimum 4-ü qadın olmalıdır.
Avropa Velosipedçilər Birliyinin prezidenti Rokko Kattaneo öz çıxışında Konqresin işini yüksək qiymətləndirərək idarəetmədə qadınların rolunun artırılması istiqamətində ilk addım atan qitə qurumu olmaqdan məmnunluğunu ifadə edib. Bundan başqa, UEC rəhbəri aparılan müakirələrin nəticəsi olaraq kiçik yaşlı velosipedçilər üçün beynəlxalq yarışların sayının artırılmasının və onların təqvim planına daxil edilməsinin də böyük əhəmiyyət daşıdığını deyib.
Konqresdə ölkəmizi AzVİF-in 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu