15 aprel, 2019 12:35
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2019-cu il üçün müəyyənləşdirdiyi vahid idman təqvim planına əsasən Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə Açıq Birinciliyi keçirilib. Respublika Velotrekində təşkil edilən yarışda klub və cəmiyyətlərin 6 yaş qrupunda 65 idmançısı mübarizə aparıb.
2005-2006-cı il təvəllüdlü qızların 330 metr məsafəyə mübarizəsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Radxa Şabanova 1-ci yeri tutub. Onun komanda yoldaşı Fatimə Əfqanzadə 2-ci, 7 saylı Olimpiya Məktəbinin təmsilçisi Mədinə Atabalayeva isə 3-cü olub.
Bu yaş kateqoriyasında çıxış edən oğlanlar da 330 metr məsafəyə yarışıblar və fəxri kürsüyə Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri qalxıblar – Mirsaleh İbadov 1-ci, Əlihüseyn Musazadə 2-ci, Hüseyn Nərimanov 3-cü yeri tutub.
2003-2004-cü il təvəllüdlü oğlan velosipedçilərin 500 metr məsafəyə mübarizəsində ilk üçlüyə Mehran Əhmədzadə, Rəşid Ələkbərov və Natiq Meydərov düşüblər. Adları çəkilən idmançıların hər üçü Respublika Olimpiya Velosiped Məktəbini təmsil edir.
2001-2003-cü il doğumlu qızlar da 500 metr məsafəyə yürüşdə bacarıqlarını nümayiş etdiriblər və burada da təşkilatçı cəmiyyətin üzvləri mükafata layiq yerlər tutublar – Zəhra Əfqanzadə qızıl, Natəvan Vəliyeva gümüş, Aygün Mahmudlu isə bürünc medal qazanıb.
Gənc oğlanların (2000-2002) 1 km məsafəyə mübarizəsində Dövlət Təhlükəsizliyi Xidməti Velosiped klubunun üzvü Əli Qurbanov ən yüksək nəticə göstərib. 2-ci yerə Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Yelmar Şahmarzadə, 3-cü yerə isə 7 saylı Olimpiya Məktəbinin velosipedçisi Əmral Əbdüləzizili layiq görülüb.
Və nəhayət, U23 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbindən Ənvər Xamiyev 1-ci, Ayxan Mahmudov isə 2-ci olub. Fərqlənən idmançılar medal, diplom və hədiyyələrlə təltif ediliblər.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu