29 noyabr, 2018 14:46
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə regionlarda “Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlim-seminar və veloyürüşlərə start verilib.
Mingəçevir şəhərindən başlayan layihənin birinci günü qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanının gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların maarifləndirilməsinin əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib.
Seminar zamanı gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb. Layinənin ikinci günü seminar və təlimlərdə iştirak etmiş qızların iştirakı ilə Mingəçevir şəhərində veloyürüş keçirilib. Layihə çərçivəsində Qusar, Lənkəran və Biləsuvarda da anoloji tədbirlər təşkil olunacaq.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu