Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır

22 noyabr, 2019 14:10

Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır
Sahib Ələkbərov: bu bizim ilk milli Olimpiya lisenziyamızdır

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov ölkəmizdə velosiped idmanının inkişafı və qarşıdakı hədəflər barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Sahib müəllim, ilk növbədə, Sizi Azərbaycanın şose velosipedi üzrə yığma komandasının “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanması münasibətilə təbrik edirik. Əvvəlki illərlə müqayisədə bu dəfə lisenziyanın qazanılması prosesində hər hansı dəyişikliklər var idimi?

- Təbrikinizə görə çox sağ olun. Təbii ki, Tokioya yollanacaq Azərbaycan nümayəndə heyətinin tərkibində velosipedçimizin də olacağından qürur hissi keçiririk. Bu lisenziyanı qazanmaq əvvəlki illərlə müqayisədə daha çətin oldu. Məsələ burasındadır ki, əgər “Rio-2016” Yay Olimpiya Oyunlarının kişilər arasında şose velosipedi yarışında 150 idmançı çıxış etmişdisə, Tokioda cəmi 130 şose velosipedçisi olacaq. İştirakçı sayının 20 nəfər azalması təbii ki, mübarizəni daha da gərginləşdirdi. Olimpiadaya lisenziya xalları verən yarışlar ötən ilin oktyabrından başlamaqla bir il davam etdi və bu müddət ərzində Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) üzv olan 196 milli federasiyadan 115-i bu yarışlara qatıldı. Reqlamentə görə dünya reytinqinin ilk 50 pilləsində qərarlaşan ölkələr arzuolunan lisenziyalara sahib çıxa bilərdilər. Yığma komandamızın üzvləri Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədov baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında lisenziya xalları verən nüfuzlu beynəlxalq yarışlarda 894 xal toplaya bildilər və komandamız dünya reytinq cədvəlində 44-cü pillədə qərarlaşaraq “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. Bu federasiyamız üçün çox böyük uğurdur. Fürsətdən istifadə edərək həmişə olduğu kimi, bu məsələdə də bizə dəstək verən Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və bütün velosiped həvəskarlarına dərin minnətdarlığımı bildirmək istərdim.

- İdmançıların adlarını çəkən zaman bir məqam diqqətdən yayınmadı. Görünən qədərilə “London-2012” və “Rio-2016” Yay Olimpiya Oyunlarından fərqli olaraq bu dəfə dördilliyin zirvə yarışında dəvət olunmuş legioner idmançı ilə deyil, Azərbaycan velosiped məktəbinin yetirməsi ilə təmsil olunacağıq.

- Bəli, hazırda yığma komandamızın üzvlərinin hamısı azərbaycanlıdır, öz velosiped məktəbimizin yetirmələridir. Təbii ki, ilk vaxtlar biz kənardan dəvət olunmuş velosipedçilərin xidmətindən istifadə etməyə məcbur idik və inkişafa başladığımız ilk illərdə bu tamamilə normal idi. Amma illər ötdükcə, görülən işlərin nəticəsi olaraq öz yetirmələrimiz də yüksək nəticələr göstərməyə başladılar. Biz onların bir neçəsinin dünyanın tanınmış kontinental komandalarının tərkibinə salınmasına, habelə Beynəlxalq Velosipedçilər İttifaqının İsveçrədəki Dünya Velosiped Mərkəzində təlimlərə cəlb olunaraq təcrübə qazanmalarına nail ola bildik və nəticələr də özünü çox gözlətmədi. Həqiqətən də velosiped idmanında bu, bizim ilk milli Olimpiya lisenziyamızdır və son illər qarşılaşdığımız bəzi çətinliklərə rəğmən belə nəticəyə nail olmağımız bizi çox sevindirir.

- Avropa Velosipedçilər Birliyinin Direktorlar Komitəsinin 7 üzvündən biri kimi qısaca olaraq oxucularımıza beynəlxalq qurumlarda velosiped idmanının daha da inkişaf etdirilməsi istiqamətində hansı işlər həyata keçirildiyi barədə məlumat verərdiniz.

- Hazırda Avropa Velosipedçilər Birliyinin Direktorlar Komitəsində 50 ölkə tərəfindən seçilmiş, İsveçrədən olan federasiya prezidenti, Böyük Britaniya, Almaniya, Danimarka, Rusiya, Polşa ilə yanaşı, Azərbaycan da təmsil olunur və Avropada velosiped idmanının inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilərkən bizim ölkəmizin də mövqeyinin nəzərə alınması böyük əhəmiyyət daşıyır.

Bir neçə gün bundan əvvəl İtaliyada Avropa və Beynəlxalq Velosipedçilər Birliklərinin Direktorlar Komitələrinin birgə iclası keçirildi və həmin tədbirdə sözün yaxşı mənasında gərgin və səmərəli müzakirələr apardıq. Hazırda Beynəlxalq Velosipedçilər İttifaqının bəzi nümayəndələrində velosiped idmanının peşəkarlaşdırılmasına yönəlmiş meyllər artmaqdadır və onların diqqəti daha çox yüksək kateqoriyalı turnirlərə, Dünya Turu səviyyəsində olan yarışlara yönəlib. Təbii ki, bu, reklam, marketinq, sponsor marağı və TV yayımdan əlavə gəlirlər cəlb edilməsi nöqteyi-nəzərindən başadüşülən addımdır. Amma Avropa Velosipedçilər Birliyinin mövqeyi belədir ki, yuxarıda qeyd olunan meyllər artarsa, digər kateqoriyalı yarışlara, xüsusilə də həvəskarlar arasında təşkil edilən turnirlərə olan böyük maraq azala bilər. Təkcə bir misalı diqqətinizə çatdırmaq istərdim. Birgə iclas ərəfəsində İtaliyada velo-kross üzrə Avropa çempionatı keçirilirdi və bu yarışda peşəkarlarla yanaşı, həvəskarlar da iştirak edirdilər, 17 yaş qrupunda, həm kiçik yaşlı idmançıların, həm də yaşı 70-dək olan velosipedçilərin gərgin mübarizəsini izləmək olduqca maraqlı idi. Onu da qeyd etmək lazımdır ki, 400-ə yaxın həvəskar iştirakçının hər biri yarışa qatılmaq üçün 45 avro ödəniş etmişdi. Tamaşaçı marağı da olduqca yüksək idi və hər gün azarkeşlər 10 avrosundan keçməklə palçıqlı yollarda (həmin günlər yarış keçirilən bölgədə leysan yağışlar yağırdı və Venesiya şəhəri suyun altında qalmışdı) onlara maraqlı mübarizə təklif edən həvəskarları böyük coşğu ilə izləyirdilər. Yəni, bu, bir daha göstərir ki, beynəlxalq idman qurumları təkcə peşəkarların deyil, həm də həvəskarların marağını nəzərə almalıdır. Digər tərəfdən, kütləvilik təmin olunmadan ancaq böyük idmanın inkişafı gələcəkdə problemlərə gətirib çıxara bilər.

- Qeyd etdiyiniz məsələlərlə bağlı, yəni, velosipedin populyarlaşdırılması istiqamətində ölkəmizdə bu vaxta qədər görülən işlər Sizi qane edirmi?

- Çox da uzağa getməsək belə, danılmaz faktdır ki, cəmi 10 il bundan qabaq küçələrimizdə velosiped sürən insanlara çox az rast gəlinirdi. Velosiped idmanının inkişafı ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2011-ci ildə verdiyi göstərişlərdən sonra ölkəmizdə bu sahədə də ciddi dəyişikliklər baş verməyə başladı. Ölkəmizin tarixində ilk dəfə 2012-ci ildə 23 yaşadək gənclər arasında beynəlxalq velosiped yarışı keçirildi. Növbəti il “Tour d’Azerbaidjan” beynəlxalq veloturu təşkil edildi və bu yarışın Azərbaycanın dünyada tanıdılması və ölkəmizdə velosiped mədəniyyətinin formalaşmasında böyük rolu oldu. Ardıcıl beş il ərzində keçirilən bu yarış Azərbaycanda velosipedə marağı artırmaqla yanaşı, ölkəmizi bütün dünyada bir velosiped ölkəsi kimi də tanıtdırdı. 2018-ci ildə Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçirildi ki, bunun özü də çox böyük uğurdur. Ölkədə velosiped yollarının çəkilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Dövlət Proqramına salınıb və bu istiqamətdə işlər görülməyə başlayıb. Yəni, bütün bunlar hamısı bir-biri ilə sıx əlaqəlidir.

Federasiyamız müntəzəm olaraq müxtəlif yarışlar, habelə digər qurumlarla birlikdə paytaxtda və regionlarda veloyürüşlər təşkil edir ki, bu da insanların bu idmana olan marağını daha da artırır. Bu yaxınlarda Regionların İnkişafı İctimai Birliyi ilə Gəncədə keçirdiyimiz veloyürüşə min nəfərdən çox velosipedçi qatılmışdı. Azərbaycan Gənclər Fondu ilə birlikdə Biləsuvar, Şəmkir, Qazax, həmçinin Salyan və Lənkəranda keçirilən veloyürüşlərdə də regionlarda velosipedə marağın sürətlə artdığının şahidi olduq. Son illər Milli Olimpiya Komitəsi və Təhsil Nazirliyinin birgə təşkil etdikləri “Olympic Moves” hərəkatını xüsusi qeyd etməliyəm ki, bu layihə çərçivəsində də velosiped yarışlarına minlərlə yeniyetmə cəlb olunur. Diqqətəlayiq haldır ki, xanımlar və gənc qızlar arasında velosipedə maraq gözlənildiyindən daha artıq sürətlə artmaqdadır. Bütün bunlar göstərir ki, ölkəmizdə yeni bir reallıq, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində mövcud olan velosiped mədəniyyəti sürətlə formalaşmaqdadır.

- Qeyd etdiyiniz məsələlərin daha da səmərəli olması üçün lazımi infrastrukturun yaradılması da əsas məsələlərdən biridir.

- Əlbəttə, infrastruktur olmasa, böyük və sürətli inkişafa nail olmaq çətindir. Velosiped yolları ilə bağlı az əvvəl danışdıq və təbii ki, ölkəmizdə velosiped yollarının uzunluğu artdıqca velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edənlərin sayı da artacaq. Bu isə həm ekoloji durumun yaxşılaşmasına, insanlar, xüsusilə gənclər arasında sağlam həyat tərzinin daha geniş yayılmasına, həm də velosiped idmanı ilə məşğul olanların sayının artmasına öz müsbət təsirini göstərəcək. 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən Respublika Velotrekində yüksək səviyyəli məşqlər keçmək və idmançı hazırlamaq, habelə trek yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Paytaxtımızın cənub-qərb girişində yerləşən Veloparkın da imkanları bu baxımdan kifayət qədər genişdir. Vaxtilə daş karxanalarının yerləşdiyi bu ərazidə 70-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə salınmış, sonradan baxımsızlıq üzündən bərbad vəziyyətə düşmüş park bizim xahişimiz və dövlətimizin başçısının göstərişi ilə 2013-cü ildə baza kimi federasiyamıza təhkim edildikdən sonra orada xeyli işlər görülüb. Qırx hektara yaxın ərazidə on minlərlə Eldar şamı və zeytun ağacları, çoxlu sayda müxtəlif kollar, güllər əkilib, müasir suvarma sistemi qurulub. Normal təşkil olunmuş qulluq nəticəsində 2013-cü ildə əkilən ağacların hündürlüyü hazırda 3-4 metrə çatır. Veloparkda mütəmadi olaraq iməciliklər təşkil olunur, bu tədbirlərdə Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumlarının, müxtəlif şirkətlərin nümayəndələri, universitet tələbələri həvəslə iştirak edirlər. Yeri gəlmişkən, həmin qurumların rəhbərlərinə, Veloparkın bugünkü vəziyyətə gətirilməsində əməyi olanların hamısına dərin minnətdarlığımı bildirirəm. Ərazidə müxtəlif yaş qruplarından olan idmançılar üçün ümumi uzunluğu 6 kilometrə çatan 4 velosiped marşrutu yaradılıb. Veloparkda müntəzəm olaraq yarışlar keçirilir, həvəskarlar orada velosiped sürməyi öyrənir, insanlar rahat şəkildə istirahət edirlər. Bir qədər əvvəl də qeyd etdiyim kimi, Veloparkın ərazisində tikilmiş, ən müasir tələblərə cavab verən beynəlxalq səviyyəli BMX stadionunda keçən il BMX üzrə dünya çempionatı keçirilib.

- 2019-cu il artıq başa çatır. Gələn il üçün əsas planlarınız nədən ibarət olacaq?

- İlk növbədə, “Tokio-2020” Yay Olimpiya Oyunlarında ölkəmizin layiqincə təmsil olunması üçün hazırlıq prosesinə ciddi diqqət yetiririk. Hazırda gələn il üçün yarışların təqvimi hazırlanır və idmançılarımızı həm ölkədaxili, həm də beynəlxalq yarışlara hazırlamaq üçün lazımi işləri görürük. Kütləviliyin təmin edilməsinə nail olmaq gələn il üçün də başlıca məqsədimiz olacaq. Çalışacağıq ki, velosiped sürmək insanlarımızın həyat tərzinə çevrilsin.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu