16 iyul, 2021 16:00
Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədovla görüşüb. Görüşdə federasiyanın baş katibi Fərhad Əliyev və yığma komandanın baş məşqçisi Əbülfəz Məmmədov da iştirak edib.
İdmançımıza Olimpiadada uğurlar arzulayan Sahib Ələkbərov Azərbaycan velosiped məktəbinin öz yetirməsinin bu mötəbər yarışda ilk dəfə iştirak hüququ qazanmasını xüsusi qeyd edib və bunun gənc velosipedçilər üçün stimul olduğunu deyib. Federasiyanın 1-ci vitse-prezidenti iyulun 24-də start xəttinə çıxacaq Elçin Əsədovun ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını vurğulayıb.
Olimpiadada şose velosipedinin qrup ötüşməsində mübarizə aparacaq Elçin Əsədov hazırlıq prosesinin plana uyğun getdiyini deyib və Tokioda uğurlu çıxış üçün bütün bacarığını səfərbər edəcəyini bildirib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu