17 may, 2019 10:20
Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət 2.2 kateqoriyalı “Qara Dəniz Turu” start götürüb. Yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komandamız da mübarizə aparır.
Veloturun 120 km-lik 1-ci mərhələsi komandamız üçün uğurlu alınıb – Samir Cəbrayılov finişi 2-ci, Elçin Əsədov isə 6-cı keçib. Bundan başqa, Elçin Əsədov bu mərhələdəki iki aralıq sprint finişindən birini də götürməyə nail olub.
Mərhələni 2-ci bitirən Samir Cəbrayılov bununla həm də Tokio-2020 Yay Olimpiya Oyunları üçün ölkəmizin aktivinə daha 3 lisenziya xalı qazandırıb. Xatırladaq ki, mayın əvvəlində Türkiyədə keçirilən digər bir yarış - “Tour of Mesopotamia”da Elçin Əsədov ümimi təsnifatda 10-cu olmaqla 3 reytinq xalı qazanmışdı.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu