Şose velosipedi üzrə Azərbaycan çempionatına start verilib

23 iyun, 2023 16:49

İyunun 23-də şose velosipedi üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Xızı rayonunda (Bakı - Giləzi - Xızı - Altıağac yolu) baş tutan yarışın ilk günündə idmançılar fərdi ötüşmə növündə mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 25 km, yeniyetmə oğlanlar və qadınlar isə 10 km məsafə qət ediblər.

Ümumilikdə 46 velosipedçinin iştirak etdiyi yarışın ilk gününün nəticələrinə əsasən, Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Samir Cəbrayılov (ROEQİUGVM, 35:25:66) bütün rəqiblərindən üstün olaraq birinci, Musa Mikayılzadə (MSN, 35:30:54) ikinci, Tural İsrafilov (ROEQİUGVM, 36:01:79) üçüncü yerə layiq görülüblər.

Yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 15:27:43) qızıl, Cavid Qəfərli (Təhsil RİM, 15:55:28) gümüş, Artyom Proskuryakov (Təhsil RİM, 16:05:11) bürünc medal qazanıblar.

Qadınların mübarizəsində isə Viktoriya Sidorenko (ROEQİUGVM, 16:01:49) birinci yerdə qərarlaşıb. Onun ən yaxın izləyicisi  Məryəm Əfqanzadə (ROEQİUGVM, 16:14:26) ikinci, Radha Şabanova (ROEQİUGVM, 17:06:10) isə üçüncü yerlə kifayətləniblər.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən Azərbaycan çempionatının ikinci günündə (24 iyun) yeniyetmə oğlanlar və qadınlar, üçüncü günündə isə (25 iyun) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar qrup ötüşməsində güclərini sınayacaqlar.

Yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək, həm ölkənin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu