18 may, 2022 09:28
Respublika Velotrekində trek velosipedinin sprint növləri üzrə Federasiya Kuboku yarışına yekun vurulub. Son yarış günündə (mayın 17-də) velosipedçilər olimpiya sprint növündə mübarizə aparıblar.
Qızlar arasında Viktoriya Sidorenko (ROEQİUGVM) bütün rəqiblərini geridə qoyaraq birinci nəticə göstərib. Lalə Əbdürəhmanova (7İOEUGİM) 2-ci, Ayan Məmmədzadə (7İOEUGİM) 3-cü yerə layiq görülüb.
Gənclər/U23/Elit yaş kateqoriyasında Musa Mikayılzadə (MSN) hamıdan güclü olub. Nəcəf Bağırov (Sərhədçi) ikinci, Kamran Mirzəxanov (ROEQİUGVM) üçüncü yeri tutub.
Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu