23 sentyabr, 2021 18:30
"Sağlam Düşüncə" Gənclər Təşkilatının təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Sumqayıt şəhərində "Velo-şəhər” ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyasının açılış tədbiri olan "22 sentyabr - Ümumdünya avtomobilsiz günü"nə həsr olunmuş veloyürüş təşkil edilib. Veloyürüşdə müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının üzvləri də iştirak edib.
"Velo-şəhər” ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyası Azərbaycan Gənclər Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi qəbul edilmiş dövlət proqramına əsasən şəhərin ekologiyasının mühafizəsi, eləcə də insanların sağlam həyat tərzi keçirməsinin təbliği və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə əhali arasında uzunmüddətli maarifləndirmə işləri aparmaqdır.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu