“Synergy Baku”dan mövsümdə ilk qalibiyyət

18 fevral, 2018 13:45

“Synergy Baku”dan mövsümdə ilk qalibiyyət
“Synergy Baku”dan mövsümdə ilk qalibiyyət
“Synergy Baku”dan mövsümdə ilk qalibiyyət


Ölkəmizin şosse velosipedi üzrə “Synergy Baku Cycling Project” kontinental komandası 2018-ci ildə ilk uğuruna imza atıb – Türkiyənin Alanya şəhərində keçirilən birgünlük Alanya Qran-Prisi Elit yığmamızın və “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb.
 
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 175 km-dən ibarət 1.2 kateqoriyalı yarışında ümumilikdə 21 komanda iştirak edib. Alanya Qran-Prisində Elçin Əsədov, Elgün Əlizadə, Kiril Pozdnyakov, Ənvər Asanov, Samir Cəbrayılov, Musa Mikayılzadə və Aleksandr Polivadadan ibarət heyətlə mübarizə aparan “Synergy Baku”nun əla komanda işinin nəticəsi olaraq Kiril Pozdnyakov məsafəni 4 saat, 3 dəqiqə, 42 saniyəyə başa vurub və ən yaxın izləyicisini 1 dəqiqə, 20 saniyə qabaqlamaqla “solo-finiş” edib. Bu qalibiyyət velosipedçimizə həmçinin 40 reytinq xalı da qazandırıb. Bundan başqa, finişi 4-cü keçən Polivada komandamızın aktivinə daha 20 xal əlavə edib.
 
Qeyd edək ki, “Synergy Baku”nu həftəsonu Türkiyədə keçiriləcək daha bir yarış gözləyir - velosipedçilərimiz fevralın 22-25-də təşkil olunacaq 2.2 kateqoriyalı, 4 mərhələdən ibarət Antalya Turunda mübarizə aparacaqlar.
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu