“Synergy Baku”dan Türkiyədə daha bir uğur

19 aprel, 2018 18:30

“Synergy Baku”dan Türkiyədə daha bir uğur

Ölkəmizin “Synergy Baku” kontinental velosiped komandası Türkiyədə keçirilən “Tour of Mersin” yarışına uğurla başlayıb. Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 4 günlük yarışının ilk mərhələsi Azərbaycanın Elit yığması və “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsilə başa çatıb.

123 km məsafəni hamıdan tez başa vurmaqla finiş xəttini 1-ci keçən təmsilçimiz bununla həm də ümumi təsnifatda liderliyi ələ keçirib. Mərhələ qalibiyyəti həmçinin velosipedçimizə 7 reytinq xalı da qazandırıb.

Sabah keçiriləcək 2-ci mərhələdə velosipedçilər 164,4 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Synergy Baku” “Tour of Mersin” yarışında Elçin Əsədov, Kərim Şirəliyev, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Telman Vəliyev, Musa Mikayılzadə və Kənan Qəhrəmanlı ilə təmsil olunur.

Xatırlatmaq yerinə düşər ki, Kiril Pozdnyakov bu ilin fevralında Türkiyədə keçirilən birgünlük Alanya Qran-Prisində də qələbə sevinci yaşamışdı.
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu