29 aprel, 2019 12:00
Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Mersin” yarışına yekun vurulub. 4 mərhələdən ibarət veloturda idmançılarımızdan ən yüksək nəticəyə yığma komandamızın lideri Elçin Əsədov imza atıb.
118,6 km-lik 1-ci mərhələdə finişi 13-cü keçən Elçin 192 km-dən ibarət 2-ci yarış günündə marşrutu 25 nəfərlik lider qrupda başa vurub və fotofinişə əsasən 13-cü olub. 70 km-lik 3-cü mərhələdə 18-ci olan təmsilçimiz sonuncu gün 116 km-i 13-cü sırada tamamlayıb və ümumi təsnifatda 11-ci yeri tutub.
Qeyd edək ki, veloturda ölkəmiz Elçin Əsədov, Kərim Şirəliyev, Əli Qurbanov, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət yığma komanda ilə təmsil olunub. Bundan başqa, Elit yığmamızın digər üzvü Samir Cəbrayılov Belarusun “Minsk” klubunun heyətində “Tour of Mersin”də çıxış edib.
Mayın 2-5-də yığma üzvlərimiz Türkiyədə təşkil olunacaq daha bir 4 günlük yarışda – 2.2 kateqoriyalı Mesopotamiya Turunda iştirak edəcəklər.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu