24 iyul, 2022 00:00
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda iyulun 22-dən 24-dək bütün yaş kateqoriyaları üzrə ümumilikdə 80 idmançı mübarizə aparıb.
Mükafatlandırma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək qalibləri təbrik edib. O, dövlətimiz tərəfindən idmana və idmançılara xüsusi diqqət və qayğı göstərildiyini bildirib. R.Abbasov velosipedçilərə qarşıdan gələn V İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayıb.
Daha sonra qalib idmançılar fəxri kürsüyə dəvət olunublar.
Qızlar arasında QİT-500 m yarışında Ayan Xankişiyeva, gənc oğlanlar arasında QİT-1000 m yarışında Hüseyn Nərimanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında QİT-1000 m yarışında Musa Mikayılzadə, qızlar arasında 48 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Ayan Xankişiyeva, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 72 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Musa Mikayılzadə, qızlar arasında 2 km məsafəyə fərdi ötüşmədə Viktoriya Sidorenko, gənc oğlanlar arasında 3 km məsafəyə fərdi ötüşmədə Kamran Mirzəxanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 3 km məsafəyə fərdi ötüşmədə Musa Mikayılzadə, qızlar arasında çıxmaqla qrup ötüşməsində Ayan Xankişiyeva, gənc oğlanlar arasında çıxmaqla qrup ötüşməsində Kamran Mirzəxanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında çıxmaqla qrup ötüşməsində Musa Mikayılzadə, qızlar arasında 7,5 km məsafəyə skretç növü üzrə yarışda Ayan Xankişiyeva, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 10 km məsafəyə skretç növü üzrə yarışda Musa Mikayılzadə, qızlar arasında sprint növü üzrə yarışda Viktoriya Sidorenko və U-23/Elit yaş kateqoriyasında kişilər arasında sprint növü üzrə yarışda Musa Mikayılzadə birinci yerə layiq görülüb.
Qaliblərə mükafatları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ülviyyə Hacıyeva, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, Azərbaycan Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvləri Vüqar Salahov və Nadim Babayev, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Səməndər Allahverdiyev və Respublika Velotrekinin direktoru Tamerlan Salahov təqdim ediblər.
Qeyd edək ki, yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək, həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu