UCI Bakıda keçirilmiş BMX-2018 dünya çempionatında çəkilən şəkili ayın fotosu elan etdi

28 iyun, 2018 14:30

UCI Bakıda keçirilmiş BMX-2018 dünya çempionatında çəkilən şəkili ayın fotosu elan etdi
UCI Bakıda keçirilmiş BMX-2018 dünya çempionatında çəkilən şəkili ayın fotosu elan etdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) növbəti aylıq hesabat jurnalı işıq üzü görüb və quruma üzv olan 190 milli federasiyaya göndərilib. Jurnalı bizim üçün əhəmiyyətli edən əsas məqam iyunun 5-9-da paytaxtımızda keçirilən BMX üzrə dünya çempionatına yer ayrılması və Bakı yarışında çəkilən şəkilin UCI tərəfindən “Təşəkkürlər Bakı! Bu heyranedici dünya çempionatı idi” adı altında ayın fotosu elan edilməsidir.

UCI prezidenti David Lappartienin milli federasiyalara ünvanladığı müraciətində BMX üzrə Bakı dünya çempionatına da yer ayrılıb: “İyunun əvvəlində Bakıda keçirilən dünya çempionatı zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Apardığımız müzakirələr olduqca ümidvericidir və bu ölkədə velosipedin gələcəyi ilə bağlı nikbin düşünməyə əsas verir. Şübhəsiz, Azərbaycan hazırda özünü bu sahədə təsdiqləmiş ölkədir” – deyə, David Lappartien bildirib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu