16 mart, 2020 10:10
Koronavirus epidemiyası səbəbindən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) xüsusi risk qrupuna aid edilən ölkələrdə bütün növlər üzrə velosiped yarışlarının martın 15-dən etibarən ən azı aprelin 3-dək dayandırılması barədə qərar qəbul edib.
Qurumdan verilən məlumatda deyilir ki, virusun yayılmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb və idman prinsiplərinin qorunmasına xüsusi diqqət yetiriləcək. Belə ki, bu müddət ərzində risk qrupuna aid edilməyən ölkələrdə təşkil edilən yarışlar zamanı qazanılacaq reytinq xalları nəzərə alınmayacaq.
Bundan başqa Beynəlxalq Velosipedçilər İttifaqı Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xalları verən növlər üzrə yarışların (dağ velosipedi, BMX Racing, BMX Freestyle və şose paravelosipedi) vaxtının dəyişdirilməsi və lisenziya sahibləri üçün son müddət tarixinin bir qədər geriyə çəkilməsi məqsədilə Beynəlxalq Olimpiya və Paralimpiya Komitələrinə də müraciət ünvanlayıb.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu