01 dekabr, 2023 15:25
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramı çərçivəsində keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) ikinci səviyyəli məşqçilik kursu başa çatıb. Dekabrın 1-də kursun iştirakçılarına sertifikatlar təqdim olunub.
AVF-nin akt zalında təşkil edilən tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, federasiyanın baş katibi Elnarə Musayeva, məşqçilər, media nümayəndələri və digər şəxslər iştirak ediblər.
MOK-un vitse-prezidenti Ç.Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. O, bu kursun Azərbaycanın velosiped idmanı məşqçilərinin inkişafında xüsusi yeri olacağını bildirib və iştirakçılara uğurlar diləyib.
AVF prezidenti M.Quliyev Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən hər zaman idmana və idmançılara xüsusi diqqət və qayğı göstərildiyini, məhz bu qayğının nəticəsində idmançılarımızın beynəlxalq arenada yüksək nəticələr qazandıqlarını vurğulayıb.
O, velosiped idmanı məşqçilərinin peşəkarlıq səviyyəsinin daha da artırılmasının federasiyanın prioritet istiqamətlərindən olduğunu qeyd edib.
AVF prezidenti kursun keçirilməsində təşkilati dəstəyə görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə federasiyanın kollektivi adından minnətdarlığını bildirib.
M.Quliyev məşqçilərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
AFV-nin baş katibi və UCI tərəfindən təyin edilmiş beynəlxalq ekspert E.Musayeva isə keçirilən kurs haqqında ətraflı məlumat verib. O, bu kursun yüksək səviyyəli beynəlxalq hakimlikdən bir pillə aşağı səviyyə üçün sertifikatlar verdiyini bildirib.
Baş katib təlimlərə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif regionlarından 18 məşqçinin qatıldığını vurğulayıb. E.Musayeva məşqçilərin peşəkarlıq səviyyəsinin artırılmasının regionlarımızda da velosiped idman növünün inkişafına təkan verəcəyini qeyd edib.
Daha sonra kursu uğurla bitirən məşqçilərə sertifikatlar təqdim edilib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu