"Uğurlar - Elçin Əsədov” filmi 2022-ci ilin ən yaxşı idman filmi seçilib

27 dekabr, 2022 09:56

"Uğurlar - Elçin Əsədov” filmi 2022-ci ilin ən yaxşı idman filmi seçilib
"Uğurlar - Elçin Əsədov” filmi 2022-ci ilin ən yaxşı idman filmi seçilib
"Uğurlar - Elçin Əsədov” filmi 2022-ci ilin ən yaxşı idman filmi seçilib
"Uğurlar - Elçin Əsədov” filmi 2022-ci ilin ən yaxşı idman filmi seçilib

Azərbaycan Velosiped Federasiyası və “Vətən” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş "Uğurlar - Elçin Əsədov" bioqrafik qısametrajlı filmi Azərbaycanda 2022-ci ilin ən yaxşı idman filmi seçilib.


Film ilin idman yekunları ilə əlaqədar Gənclər və İdman Nazirliyində yaradılmış komissiyanın rəyi, Milli Olimpiya Komitəsinin, idman federasiyalarının təklifləri (70 faiz), sosial media vasitəsilə izləyicilərin səsi (30 faiz) əsasında 2022-ci ilin ən yaxşılarının seçimi üzrə keçirilən sorğuda “2022-ci ilin idman filmi” nominasiyasında 1-ci yerə layiq görülüb.


Gənclər və İdman Nazirliyinin “Buta Palace” sarayında təşkil etdiyi "İlin idman yekunları" adlı qala mərasimdə "Uğurlar - Elçin Əsədov" filminin ssenari müəllifi Zəhra Quliyevaya mükafat təqdim olunub. Filmin qəhrəmanı Elçin Əsədov da səhnəyə çıxaraq, mükafatçılarla birlikdə təbrikləri qəbul edib. Mükafatı Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev təqdim edib.


Nəzərinizə çatdıraq ki, “Əvvəl və sonra” filmi (Kifayət Qasımova) 2-ci, “Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır” filmi (Azərbaycan Gimnastika Federasiyası) isə 3-cü yerdə qərarlaşıb.


Qeyd edək ki, velosiped idmanı üzrə Azərbaycanın Elit yığma komandasının kapitanı, “Sakarya BB Pro Team” klubunun üzvü, bir çox yerli və beynəlxalq turnirlərin, o cümlədən "Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi Elçin Əsədovun həyatına və idman karyerasına həsr olunmuş "Uğurlar - Elçin Əsədov" filmi bioqrafik müsahibə janrında çəkilib. Real faktlara əsaslanaraq ərsəyə gətirilən ekran işində tamaşaçılara E.Əsədovun hansı çətinliklərdən keçərək bu gün də velosiped idmanı sahəsində olmasını əks etdirən hadisələr təqdim olunur.


"Uğurlar - Elçin Əsədov" filminin rejissoru Aslan Qarayev, montajçısı Polad Elmanoğludur.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu