"Uğurlar - Elçin Əsədov" filminin təqdimat mərasimi keçirilib

29 avqust, 2022 19:45

"Uğurlar - Elçin Əsədov" filminin təqdimat mərasimi keçirilib
"Uğurlar - Elçin Əsədov" filminin təqdimat mərasimi keçirilib
"Uğurlar - Elçin Əsədov" filminin təqdimat mərasimi keçirilib
"Uğurlar - Elçin Əsədov" filminin təqdimat mərasimi keçirilib
"Uğurlar - Elçin Əsədov" filminin təqdimat mərasimi keçirilib
"Uğurlar - Elçin Əsədov" filminin təqdimat mərasimi keçirilib
"Uğurlar - Elçin Əsədov" filminin təqdimat mərasimi keçirilib
"Uğurlar - Elçin Əsədov" filminin təqdimat mərasimi keçirilib

Avqustun 29-da Azərbaycan Velosiped Federasiyası və “Vətən” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş "Uğurlar - Elçin Əsədov" bioqrafik qısa metrajlı filmin təqdimat mərasimi keçirilib. Tədbir Suraxanı qəsəbəsində yerləşən Bakı Gənclər Evində baş tutub.


Təqdimat mərasimində müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini Mariana Vasileva və digər rəsmi şəxslər iştirak ediblər.


Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Elçin Əsədovun idman sahəsində qazandığı nailiyyətlərdən danışıb. O qeyd edib ki, ölkəmizdə idmana dövlət səviyyəsində daim qayğı göstərilir. Məhz bunun nəticəsində idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələrə imza atırlar.


Təqdimat mərasimində məlumat verilib ki, velosiped idmanı üzrə Azərbaycanın Elit yığma komandasının kapitanı, “Sakarya BB Pro Team” klubunun üzvü, bir çox yerli və beynəlxalq turnirlərin, o cümlədən "Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi Elçin Əsədovun həyatına və idman karyerasına həsr olunmuş film bioqrafik müsahibə janrında çəkilib. Real faktlara əsaslanaraq ərsəyə gətirilən ekran işində tamaşaçılara E.Əsədovun hansı çətinliklərdən keçərək bu gün də velosiped idmanı sahəsində olmasını əks etdirən hadisələr təqdim olunur.


Vurğulanıb ki, filmin çəkilməsində məqsəd velosiped idman növündə kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.


Bildirilib ki, "Uğurlar - Elçin Əsədov" filminin ssenari müəllifi Zəhra Quliyeva, quruluşçu rejissoru Aslan Qarayev, montaj rejissoru isə Polad Elmanoğludur.


Sonra tədbir iştirakçıları filmə tamaşa ediblər.


Ekran işi qonaqlar tərəfindən maraqla qarşılanıb və onlar film haqqında yüksək fikirlər bildiriblər. Tədbir iştirakçıları filmin təsiredici sujet xəttinə malik olduğunu, jurnalist işi və texniki cəhətdən peşəkarlıqla hazırlandığını vurğulayıblar.


Sonda “Uğurlar- Elçin Əsədov” filminin müəllifləri ilə xatirə şəkli çəkdirilib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu