30 aprel, 2023 09:44
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) dəstəyi ilə aprelin 30-da Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsindən öncə yarışın baş tutduğu Bakı şəhər trekində veloyürüş keçirilib.
Veloyürüşdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, tanınmış qazaxıstanlı olimpiya çempionu, veteran velosipedçi Aleksandr Vinokurov, Azərbaycan milli yığma komandasının, həmçinin MSN-in Velosiped İdman Klubunun üzvləri, o cümlədən AVF-nin və MSN-in əməkdaşları iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçılar Bakı şəhər treki ilə hərəkətə başlayıblar. Onlar trekdə 2 dövrə vuraraq başlanğıc yerində yürüşü tamamlayıblar.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlətimiz tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Artıq 7-ci dəfədir Formula 1 üzrə dünya çempionatının mərhələ yarışının Azərbaycanda təşkil olunması ölkəmizdə idmanın yüksək səviyyədə inkişafının göstəricisidir.
Qeyd edək ki, bu il Bakı Formula 1 üzrə dünya çempionatının 4-cü mərhələsinə ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu