21 may, 2019 11:24
Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin təşəbbüsü ilə Respublika Velotrekində övladları velosiped idmanı ilə məşğul olan valideynlərlə görüş keçirilib. Qonaqlar əvvəlcə Respublika Velotrekində idmançılar üçün yaradılan şərait, məşq, həkim və massaj otaqları ilə tanış olub, daha sonra ölkəmizdə və dünyada velosiped idmanının tarixini özündə əks etdirən muzeyə baş çəkiblər.
AzVİF-in baş katibi Fərhad Əliyev, Respublika Velotrekinin direktoru Ceyhun Mirzəyev və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanovun valideynlərlə görüşündə bir sıra məsələlər müzakirə olunub. Bildirilib ki, federasiya tərəfindən idmançıların ustalıq səviyyələrinin artırılması, onların beynəlxalq yarışlarda iştirakının təmin olunması üçün mümkün olan hər bir şey edilir və proses bundan sonra da davam edəcək. İdman nəticələrinin artmasında isə fiziki hazırlıqla yanaşı, psixoloji hazırlıq da mühüm əhəmiyyət kəsb edir ki, bu yöndə valideyn dəstəyinə böyük ehtiyac var.
Velosiped idmanı ilə məşğul olmağa başladıqdan sonra övladlarında çoxlu müsbət dəyişikliklərin müşahidə olunduğunu deyən valideynlər Respublika Velotrekində gördüklərindən məmnun qaldıqlarını bildiriblər. Görüşün sonunda idman yarışlarında yüksək nəticələr göstərən velosipedçilərin valideynlərinə təşəkkürnamələr təqdim edilib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu