02 dekabr, 2022 16:31
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizdə ekologiyanın mühafizə edilməsi, ətraf mühitin, meşələrin, yaşıllıqların qorunması və artırılması istiqamətində aparılan işləri daim diqqət mərkəzində saxlayır, hər il respublikamızda milyonlarla ağac və kol əkilir, meşələr və yaşıllıqlar bərpa edilir, yeni parklar salınır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yaşıllıqların qorunması və genişləndirilməsi üzrə çoxsaylı layihələr həyata keçirilir.
Aparılan uğurlu dövlət siyasətinə dəstək, ekologiyanın qorunması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması məqsədilə dekabrın 2-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşəbbüsü, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) və Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı, “NORM” şirkətinin dəstəyi ilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Azərbaycan Velosiped Federasiyası, Müdafiə Sənayesi Nazirliyi və tabeli birlik və müəssisələri, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Səbail Rayon İcra Hakimiyyəti, Səbail Rayon Gənclər və İdman İdarəsi, “NORM” şirkəti, Binəqədi və Qaradağ Gənclər Evləri, MSN-in Motosiklet, Velosiped və Yoqa İdman Klublarının rəhbər şəxsləri və əməkdaşları, həmçinin çox sayda idmançılar, məşqçilər və tələbələr iştirak ediblər.
Ümumilikdə 100-ə yaxın iştirakçının qatıldığı ağacəkmə aksiyasında “NORM” şirkəti tərəfindən təqdim olunan 250 ədəd şam və zeytun ağacları əkilib. Əkilən ağac tingləri suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.
Ərazidə abadlıq işləri aparılaraq digər ağacların dibləri yumşaldılıb, yaşıllıqlara qulluq edilib.
Sonda aksiya iştirakçıları xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, ölkəmizdə açıq səma altında yerləşən ən böyük idman qurğularından biri olan Veloparkda ilk ağaclar ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə əkilib. Burada iki yerdə Ulu Öndər Heydər Əliyevin öz əlləri ilə əkdiyi Eldar şamları və zeytun ağacları mövcuddur. Həmin ağacların yanında qoyulmuş xatirə lövhələri də bunu təsdiq edir.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu